QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrikdə Xankəndidəki keçmiş icra hakimiyyətinin binasında oturanların layiqli cəzalarını aldıqlarını söyləyib.

Dövlət başçısı bildirib: “Onlar Bakıya tanklarla gəlmək, burada çay içmək niyyətində idilər. Özlərini yüksək tutan bəyanatlar səsləndirir, bəzilərinin himayəsinə arxalanaraq işğalçılıq siyasətini daim davam etdirəcəklərini düşünürdülər. Biz isə onlara kim olduğumuzu göstərdik”.