QafqazNews TRT Haber-a istinadən xəbər verir ki, İranın XİN rəhbəri Abbas Arakçi Kuveytli həmkarı Şeyx Cerrah Cabir el-Ahmed es-Sabah ilə telefon danışığında ölkəsinin Kuveytə qarşı insansız hava vasitəsilə (PUA) hücum həyata keçirməsi iddialarını qəti şəkildə rədd edib.
Arakçi görüşdə hadisədə insan itkisi və zərərin olmasından təəssüf hissi duyduğunu bildirərək, İranın sözügedən hücumla heç bir əlaqəsinin olmadığını vurğulayıb.
O, hücumun bütün məqamlarının aydınlaşdırılması və məsul şəxslərin müəyyən edilməsi məqsədilə Kuveytlə birgə istintaq aparmağa hazır olduqlarını söyləyib.
Kuveyt qüvvələri daha əvvəl İranın ölkəyə qarşı PUA hücumu nəticəsində kritik əhəmiyyətli bir obyektin hədəf alındığını açıqlamışdı. İlk məlumatlarda hücumda 1-i Kuveyt, 2-si İtaliya və 1-i Pakistan vətəndaşı olmaqla 4 nəfərin yaralandığı bildirilmiş, daha sonra yaralanan 2 İtalyanın həyatını itirdiyi xəbər verilib.