QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, İranın Müstəqil Dövlətlər Birliyinə (MDB) “MDB+” formatında qoşulması məsələsi müzakirə olunur. Ölkə bu statusu əldə edən ilk dövlət ola bilər.

MDB-nin baş katibi Sergey Lebedev bu barədə TASS-ın baş direktoru Andrey Kondraşova müsahibəsində danışıb. Müsahibə birliyin 35-ci ildönümünə həsr olunub.

Lebedevin sözlərinə görə, oktyabrın 9-da Türkmənistanın Avaza şəhərində keçirilən sammitdə İran Prezidenti Məsud Pezeşkian ilk dəfə çıxış edərək “MDB+” formatının işə salınmasını istədiklərini bildirib. Bu təşəbbüs MDB-də maraq doğurub və ilkin qiymətləndirmələr, əsasən, müsbət olub.

“Hazırda məhz belə bir formatın ilk dövlət olaraq İrana təqdim edilməsi məsələsi müzakirə edilir”, - deyə Sergey Lebedev qeyd edib.