QafqazNews Interfax-a istinadən xəbər verir ki, İranda dövlət televiziyası İnqilab Keşikçiləri Korpusuna istinadla bildirib ki, Hormuz boğazı ətrafında daha iki neft tankeri minaya düşüb.

Korpusun məlumatına görə, gəmilər İranla razılaşdırılmamış marşrutla hərəkət edərkən partlayış baş verib. Hər iki tanker ciddi zərər alaraq hərəkət etməyi dayandırıb.

Başqa mənbələrdən hələ bu məlumatların təsdiqi daxil olmayıb.