QafqazNews Manset.az-a istinadən xəbər verir ki, İslandiya sahillərində balıqçı gəmisi batıb və hadisə zamanı 17 nəfərlik heyətin üç üzvü həyatını itirib.
Raufarhöfn limanından fəaliyyət göstərən gəminin əlverişsiz hava şəraitinə görə batdığı bildirilir.
İslandiyanın Baş naziri Kristrun Frostadottir mətbuat konfransında axtarış-xilasetmə əməliyyatlarının çətin şəraitdə aparıldığını deyib.
“Sağ qalanların olub-olmadığı məlum deyildi. Axtarış-xilasetmə helikopterinin heyəti və gəmi heyəti böyük cəsarət göstərdi”, – deyə baş nazir bildirib.