QafqazNews Manset.az-a istinadən xəbər verir ki, İtaliya kinosunun tanınmış rejissoru Tinto Brass 93 yaşında vəfat edib.
Erotik filmləri ilə geniş tanınan Brass “Caligula”, “La Chiave” və “Paprika” ekran əsərlərinə quruluş verib.
Rejissorun vəfatı kino aləmində geniş əks-səda doğurub. Onun ölüm xəbərini həyat yoldaşı Katerina Varzi və övladları ictimaiyyətə çatdırıblar.