QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Litva şirkəti Araz Vadisi İqtisadi Zonasında mebel istehsalı müəssisəsi qurur. Bu barədə xarici işlər naziri Ceyhun Bayramov litvalı həmkarı Kestutis Budrislə birgə keçirdiyi mətbuat konfransında danışıb.
Bayramovun sözlərinə görə, müəssisənin fəaliyyətə başlaması 600 yeni iş yerinin yaradılmasına imkan verəcək.
Nazir bildirib ki, görüşdə Bakı Ticarət Limanının nəqliyyat-logistika potensialı və onun genişləndirilməsi planları müzakirə olunub. Humanitar əlaqələr çərçivəsində isə Litvada təhsil alan azərbaycanlı tələbələrin sayının 800-ə çatdığı, ötən il Azərbaycana 3 000-dən çox litvalı turistin səfər etdiyi qeyd edilib. Bu səbəbdən birbaşa uçuşların gündəmdə saxlanılmasının vacibliyi vurğulanıb.