QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Azərbaycana səfər edən Litvanın xarici işlər naziri Kestutis Budris “Sabah” klubunun baş məşqçisi Valdas Dambrauskasa ölkəsinin “Diplomatiya ulduzu” mükafatını verib.

Budris qeyd edib ki, diplomatiya yalnız qapalı görüşlər və müqavilələrlə məhdudlaşmır, futboldan da vasitə kimi yararlanmaq mümkündür. O, Dambrauskası Çempionlar Liqasında komandaya rəhbərlik edən ilk litvalı məşqçi adlandırıb.

Nazir məşqçiyə fədakarlığına, əməyinə və Litvanı beynəlxalq futbol ictimaiyyətində tanıtmasına görə təşəkkür edib.

Litvanın XİN rəhbəri ötən gün Bakı Olimpiya Stadionunda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə Çempionlar Liqasının V turunda keçirilən “Sabah” – “Barselona” qarşılaşmasını izləyib. Matç “Sabah”ın 1:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb.