QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, Ermənistan hökuməti noyabrın 26-da baş tutan iclasda “TRIPP Development Company” Qapalı Səhmdar Cəmiyyəti ilə bağlanması nəzərdə tutulan sazişi təsdiqləyib. Sənədin bir həftə ərzində imzalanması planlaşdırılır.

Razılaşma səhmdarların hüquqlarının reallaşdırılması və səhmlərə sahiblik məsələlərini əhatə edəcək. Sazişə görə, şirkətin 26 faizi Ermənistana, 74 faizi isə ABŞ-yə məxsus olacaq.

Direktorlar Şurasında beş nəfər yer alacaq: ABŞ üç üzv, Ermənistan isə iki üzv təyin edəcək. Ermənistan hökuməti adından sənədi ərazi idarəetmə və infrastruktur naziri imzalayacaq.

Sənəddə tərəflərin hər ikisinin razılığı olmadan qərar verilə bilən 16 məsələ qrupu göstərilib. Bunlara siyasi əhəmiyyət daşıyan qərarlar, üçüncü tərəflərin mümkün iştirakı, investorların seçilməsi və konsessiya müqavilələrinin şərtlərinin müəyyənləşdirilməsi daxildir.

Sazişdə, həmçinin konsessiya hüquqlarını təqdim edən yeganə tərəfin Ermənistan olacağı qeyd edilib.