QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, amerikalı boksçu Mayk Tayson Türkiyədə yayımlanan “Tuzlu kahve” serialında rol alıb.
Onun iştirak etdiyi səhnələr ekran işinin gələn həftə təqdim ediləcək 13-cü bölümünün anonsunda yer alıb. Yeni seriyada Tayson Mehmet obrazını canlandıran Buğra Gülsoyun Amerikadan gələn dostu kimi göstərilir. O, Aydınoğulları ailəsinin səhər yeməyinə dəvət olunan qonaq olacaq.
Boksçunun seriala qoşulması yeni treylerə marağı artırıb. Ekran işi qeyri-adi süjet gedişləri və əvvəlki seriallara istinadları ilə də diqqət çəkir.
“Tuzlu kahve”də Nebahat Çehre, Binnur Kaya, Settar Tanrıöğen, Hatice Aslan, Şevval Sam, Eda Ece, Enis Arıkan, Yasemin Ergene və digər tanınmış aktyorlar rol alır.