QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Rusiya Aerokosmik Qüvvələrinin baş komandanının silahlanma üzrə müavini, general-polkovnik Yuri Qrexov həbs olunub.

Moskva hərbi məhkəməsi onun barəsində həbs qərarını noyabrın 25-də qəbul edib. Generalın hansı ittihamla üzləşdiyi açıqlanmayıb.

Qrexov 2021-ci ildən bu vəzifəni icra edir.