QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Avstraliya senatoru Fatimə Payman parlament iclasına körpəsi ilə qatılıb.

İclas davam edən müddətdə senator körpəsini qucağında saxlayıb. Digər senatorlar da uşağa diqqət göstərərək onu əyləndirməyə çalışıblar.

Parlamentdəki bu anlar sosial şəbəkələrdə maraqla qarşılanıb. Hadisə parlamentdə işləyən valideynlərin, xüsusən anaların, övladları ilə birlikdə iş həyatında iştirak imkanlarını və bu istiqamətdə yaradılan şəraiti yenidən gündəmə gətirib.