QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Azərbaycan Mətbuat Şurasının yeni formalaşmış İdarə Heyəti ilk toplantısında sədr müavinlərini seçib.
İdarə Heyətinin üzvləri Müşfiq Ələsgərli və Elmira Musazadə sədr müavini vəzifəsinə gətiriliblər.
Şuranın Nizamnaməsi müavinlərin növbə ilə iki il ərzində Şikayətlər üzrə komissiyaya rəhbərlik etməsini nəzərdə tutur. İlk ikiillik dövr üçün bu vəzifə Müşfiq Ələsgərliyə tapşırılıb.
Toplantıda Şura sədri Vüqar Zifəroğlunun təqdimatı ilə Əvəz Rüstəmov icraçı katib vəzifəsinə təsdiq olunub. İdarə Heyətinin üzvü Əminə Yusifqızı isə Ahıl Jurnalistlər Məclisinə rəhbər seçilib.