QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Türkiyənin Afyonkarahisar vilayətinin İhsaniye rayonunda iki ayrı ərazidə yerləşən avtomobillərdə beş nəfərin cəsədi aşkarlanıb. Hadisə Ayazini və Kıyır kəndlərinin yaxınlığında baş verib.

İlkin araşdırma nəticəsində ölənlərin tüfənglə vurulduğu müəyyən edilib. Şübhəlinin hadisə yerindən qırmızı avtomobillə uzaqlaşdığı bildirilir. İlkin ehtimala əsasən, o, şəhər kənarından gəlib və avtomobillə Kütahya istiqamətində hərəkət edib.

Hadisədən sonra jandarm qüvvələri kəndlərə gedən yolları bağlayıb. Polis və jandarm əməkdaşları şübhəlinin tutulması üçün genişmiqyaslı əməliyyat-axtarış tədbirlərinə başlayıblar.

Həlak olanların şəxsiyyətinin müəyyənləşdirilməsi üzrə araşdırma davam edir.