QafqazNews Manset.az-a istinadən xəbər verir ki, həkimlər gündəlik istifadə edilən bəzi məişət məhsullarının xərçəng riskini yüksəldə biləcəyi barədə xəbərdarlıq ediblər. “Health” nəşrinə danışan Cey Lutar və Deril Eber evlərdə rast gəlinən potensial təhlükələrə diqqət çəkiblər.
Cey Lutarın sözlərinə görə, kəskin qoxulu təmizlik vasitələrinin və elektriklə işləyən hava təravətləndiricilərinin tərkibində zərərli kimyəvi maddələr ola bilər. O, bu məhsullardan gündəlik istifadə etmək əvəzinə, yalnız çətin ləkələri təmizləmək və güclü qoxuları aradan qaldırmaq zərurəti yarandıqda yararlanmağı tövsiyə edib.
Deril Eber aspirator olmadan istifadə edilən sobaların risk daşıdığını bildirib. Həkim mebel seçərkən tərkibində formaldehidin olmamasına diqqət yetirməyi də məsləhət görüb. Onun qeyd etdiyinə görə, formaldehidlə müntəzəm təmas xərçəngin bir neçə növünün yaranmasına səbəb ola bilər.
Cey Lutar ləkə tutmayan örtüklərdə istifadə olunan perftoroktan turşusunun da kanserogen olduğunu vurğulayıb. O, xüsusilə uşaqlar üçün olan məhsullarda və yataq mebellərində təbii parçalara üstünlük verilməsini tövsiyə edib.