QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Gəncə Dövlət Filarmoniyasının binasında 8 Noyabr – Zəfər Gününün altıncı ildönümünə həsr olunmuş bayram konserti təşkil edilib.
Proqram çərçivəsində mədəniyyət və incəsənət nümayəndələri rəqslər təqdim edib, vətənpərvərlik mövzusunda mahnılar ifa olunub.
Tədbiri rəsmi şəxslər, ictimaiyyət nümayəndələri və şəhər sakinləri izləyiblər.