QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Bakıda güclü küləyin təsiri ilə yerə düşmə təhlükəsi yaranan bayrağı qorumağa çalışan uşağın görüntüləri yayılıb.

Sosial şəbəkələrdə paylaşılan kadrlarda azyaşlının bayrağın düşməməsi üçün dirəyə çıxmağa cəhd etdiyi görünür.

Uşağın boyunun dirəyə çatmaması və küləyin şiddəti bu işi çətinləşdirib. Buna baxmayaraq, o, cəhdini davam etdirərək bayrağı xilas etməyə çalışıb.