QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Azərbaycan COP29-da əldə olunmuş nəticələrin qorunması və Bakıda qəbul edilən qərarların icrasının davam etdirilməsi öhdəliyini COP31-də iştirak etməklə bir daha təsdiqləyib.

Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev bu barədə “X” sosial şəbəkə hesabında paylaşım edib. O, COP31-də iştirak üçün Antalyaya səfər etdiklərini və COP29-un irsini qorumaq, Bakıda qəbul edilən qərarların həyata keçirilməsini irəlilətmək niyyətini vurğulayıb.

Babayevin sözlərinə görə, Azərbaycan iqlim maliyyəsi, karbon bazarları və adaptasiya istiqamətlərində əldə olunan dinamikanı saxlamaq, COP31 Sədrliyinə dəstək vermək və COP prosesi boyunca davamlılığı gücləndirmək üçün tərəfdaşlarla əməkdaşlıq etməyi gözləyir.