QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Nərimanov rayonundakı apteklərdən birində üz kremlərinin oğurlanması ilə bağlı polisə müraciət olunub.
Müştəri kimi aptekə gələn şəxs satıcının diqqətinin yayınmasından yararlanaraq dəyəri təxminən 500 manat olan kremləri götürüb. Aptek sahibi hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verib.
Polisin tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən O.Hüseynov müəyyən edilərək saxlanılıb. O, götürdüyü məhsulları sonradan gözəllik salonlarından birinə satdığını bildirib.
Hadisə ilə bağlı araşdırma davam edir.