QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 11-də Türkiyəyə səfər edəcək.

Ermənistan mediasının yaydığı məlumata görə, Paşinyan Antalyada təşkil olunan BMT-nin İqlim Dəyişikliyi üzrə 31-ci Konfransında (COP31) iştirak edəcək.

COP31 noyabrın 9-da başlayıb və ayın 20-dək davam edəcək. Tədbir çərçivəsində noyabrın 11-12-də dövlət və hökumət başçılarının sammiti keçiriləcək.