QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, “Mançester Yunayted”in baş məşqçisi Maurisio Poçettino Premyer Liqada hakimlərin idarəçiliyi, komandanın çıxışı və futbolçuların durumu barədə açıqlama verib.
Ötən matçda baş verən mübahisəli epizodlardan danışan argentinalı mütəxəssis VAR sistemini sərt tənqid edib. O, qərarların düzgün verilməsi üçün hakimlərin epizodları araşdırmağa vaxt ayırmalı olduğunu bildirib:
“Premyer Liqada VAR texnologiyası varsa, keçən oyunda nə işə yarayırdılar? Niyə var idilər? Belə şeylər olmamalıdır. Doğru qərar vermək üçün bir az gözləmək lazımdır”.
Poçettino Dominik Sobozlayın qolunun hesaba alınmasına qarşı çıxıb. Onun iddiasına görə, Barkola canlı səddə yer alan futbolçunu itələyib və bu, qayda pozuntusudur.
“Sobozlayın qolu qeydə alınmamalı idi. Çünki Barkola bizim canlı səddəki oyunçunu itələmişdi. Bu, qayda pozuntusudur. Bilmirəm, yəqin mən Amerikaya gedəndən burada qaydalar dəyişib”, – deyə o vurğulayıb.
Baş məşqçi komandasının hazırkı vəziyyətini də şərh edib. Poçettino “Mançester Yunayted”in zəif komanda olmadığını, ötən mövsüm isə üçüncü yeri tutduğunu xatırladıb. Onun sözlərinə görə, futbolda müxtəlif səbəblərdən belə çətinliklər yarana bilər və problemin müəyyənləşdirilməsi ilə vəziyyəti yaxşılaşdırmaq mümkündür.
Zədədən sonra məşqlərə qayıdan Lyuk Şounun durumu barədə danışan Poçettino bildirib ki, futbolçunun növbəti oyuna start heyətində çıxıb-çıxmayacağı onun hazırkı vəziyyəti qiymətləndirildikdən sonra bəlli olacaq.