QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Misli Premyer Liqasının 11-ci turunun ikinci oyun günündə iki matç baş tutacaq. “Şəfa” “Araz-Naxçıvan”la, “Zirə” isə “Qəbələ” ilə qarşılaşacaq.

Peşəkar Futbol Liqası Vətən müharibəsində qazanılmış qələbənin 6-cı ildönümü münasibətilə turun oyunlarını “Zəfər turu” elan edib.

7 noyabr, şənbə günü saat 16:00-da “Şəfa” – “Araz-Naxçıvan” görüşü keçiriləcək. Matçın baş hakimi Əliyar Ağayev olacaq. Zeynal Zeynalov, Kərim Zeynalov və Elçin Məsiyev köməkçi hakimlər, Emin Əliyev VAR, Elşad Abdullayev isə AVAR funksiyasını yerinə yetirəcək. Qarşılaşma “SOCAR Polymer Arena”da olacaq.

Saat 18:30-da “Zirə” “Qəbələ”ni qəbul edəcək. Oyunu İnqilab Məmmədov idarə edəcək, Rahil Ramazanov və Gülnurə Əkbərzadə köməkçi hakimlər olacaq. Rauf Cabarov dördüncü hakim, Kamranbəy Rəhimov VAR, Şirmamed Mamedov isə AVAR kimi təyin olunub. Oyun Zirə İdman Kompleksinin stadionunda keçiriləcək.

Turun 8 noyabr, bazar gününə planlaşdırılan digər oyunları “İmişli” – “Sumqayıt” və “Sabah” – “Şamaxı” qarşılaşmalarıdır. 6 noyabrda baş tutan matçlarda “Turan Tovuz” səfərdə “Qarabağ”ı 1:0, “Neftçi” isə “Kəpəz”i 1:0 hesabı ilə məğlub edib.

Bombardirlər siyahısına “Neftçi”nin futbolçusu Breno Almeyda 9 qolla başçılıq edir. “Sabah”ın oyunçusu Coy-Lens Mikelsin 6, “Qarabağ”dan Aleksey Kaşukun, “Turan Tovuz”dan Joarlem Santosun və “Araz-Naxçıvan”dan Ağadadaş Salyanskinin isə hərəsinin 4 qolu var.