QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Xankəndidən xalqa müraciətində milli-mənəvi və Azərbaycan dəyərlərinin ölkə üçün hər şeydən üstün olduğunu söyləyib.

Dövlət başçısı Azərbaycanı inkişaf etdirən əsas qüvvənin milli-mənəvi dəyərlər olduğunu vurğulayıb. Onun sözlərinə görə, dövlət bu dəyərlər üzərində qurulub və xalq onları əsrlər boyu yaşadaraq qoruyub, gələcək nəsillərə də ötürəcək.

İlham Əliyev azərbaycançılıq məfkurəsini uğurların təməli, ölkə vətəndaşlarını birləşdirən və gələcəyə aparan fəlsəfə kimi səciyyələndirib. O bildirib ki, Azərbaycanda müxtəlif etnik qrupların və dinlərin nümayəndələri bir ailə kimi yaşayır, onları vətəndaşlıq, həmrəylik və azərbaycançılıq birləşdirir. Prezident bu məfkurəni milli ideya adlandırıb.

Dövlət başçısı ölkədəki ictimai-siyasi sabitliyi, quruculuq əhvalını və cəmiyyətin ortaq məqsəd naminə birliyini bugünkü dünyada nadir rast gəlinən mənzərə kimi qiymətləndirib.

İlham Əliyev bayram münasibətilə Azərbaycan xalqının böyüklüyünü vurğulayıb. O qeyd edib ki, 30 illik işğal və Ermənistanı dəstəkləyən böyük dövlətlərin təhdidlərinə baxmayaraq, xalq iradə nümayiş etdirib və ona dəstək olaraq Qələbəyə хүр хүр хүр