QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, “Qafqaz əsiri və ya Şurikin yeni macəraları” filmində Nina obrazı ilə tanınan Xalq artisti Natalya Varley Ukrayna kəşfiyyatının məlumat bazasına daxil edilib.
Aktrisanın bazaya salınmasına Rusiyanın hərbi əməliyyatlarına və rusiyalı hərbçilərə dəstək göstərməsi, həmçinin Rusiyanın yeni bölgələrinə səfər etməsi səbəb kimi göstərilib.
Varleyin “Xalq cəbhəsi. Qələbə üçün hər şey!” layihəsinin səfiri olması da qərarın əsasları sırasında qeyd olunub.
Bundan əvvəl Rusiyanın Xalq artistləri Nikolay Baskov və Filipp Kirkorov da həmin məlumat bazasına daxil edilmişdilər.