QafqazNews Regnum-a istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin 5 noyabrda Kremldə Moskva səfərində olan İran Yüksək Milli Təhlükəsizlik Şurasının katibi Mohsen Rezaiyi qəbul edib.
Görüşdə Rusiyadan İrana qaz xəttinin inşası məsələsi müzakirə olunub. Rezai IRIB telekanalına bildirib ki, layihənin məqsədi Tehranın qaz çatışmazlığını aradan qaldırmaq və Rusiya qazının qonşu ölkələrə satılmasına imkan yaratmaqdır.
Həmçinin Putin və İranın Təhlükəsizlik Şurası katibi Yaxın Şərqdəki vəziyyəti də müzakirə ediblər.
Xatırladaq ki, 27 oktyabrda Putin İran Prezidenti Məhsud Pezeşkian ilə görüşmüş, tərəflər Kremldə Yaxın Şərq vəziyyətini və ikitərəfli münasibətləri müzakirə etmişdilər. Putin görüşdə Rusiyanın Büşer AES-inin tikintisi daxil olmaqla ortaq layihələr üzrə öhdəlikləri yerinə yetirdiyini və 2026-cı ilin səkkiz ayında ölkələr arasındakı ticarət dövriyyəsinin 10,4% artdığını bildirib.