QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, “Qarabağ” Misli Premyer Liqasının 13-cü turunda “Sumqayıt”la keçiriləcək ev matçına xanım azarkeşləri ödənişsiz QR biletlə təmin edəcək.

Biletlər noyabrın 26-dan şəxsiyyəti təsdiqləyən sənəd təqdim edilməklə Heydər Əliyev Sarayının kassasından və 28 Mall AVM-in üçüncü mərtəbəsindəki Fan Store-dan götürülə bilər.

QR biletləri oyunun keçiriləcəyi gün “Azersun Arena”nın kassasından da əldə etmək mümkün olacaq. Stadiona giriş yalnız QR biletlə həyata keçiriləcək.

“Qarabağ” – “Sumqayıt” görüşü noyabrın 29-da “Azersun Arena”da baş tutacaq. Matç saat 17:00-da başlayacaq.