QafqazNews Baku.ws-ə istinadən xəbər verir ki, müğənni Rafet El Roman həyatının eşqini 68 yaşında tapdığını söyləyib.
Sənətçi jurnalistlərə açıqlamasında keçmiş həyat yoldaşlarının nişanlısı Rəhimə Hacıyeva ilə münasibətinə qarşı çıxdığını bildirib.
“Keçmiş həyat yoldaşlarım problem yaradır. Həyatımda bu qədər gözəl eşq yaşamamışdım. Onu bu yaşımda tapdım. Bunu açıq deyirəm. Sevdim və sevilirəm. Bu hiss ikimiz üçün də gerçəkdir. Həyatımın doğru insanını indi tapdım”, – Rafet El Roman qeyd edib.