QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Iğdır Universitetinin rektoru, professor-doktor Ekrem Gürel ali təhsil müəssisəsinə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin adının verilməsi təklifini irəli sürüb.

Gürel bu barədə “Haber Global”ın canlı yayımında danışıb. O, həmçinin Naxçıvan Dövlət Universitetinin Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün adını daşımasını təklif edib.

Rektorun fikrincə, təşəbbüs Azərbaycan və Türkiyə arasındakı dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edə bilər. O, hər iki ölkənin ziyalılarını, akademik çevrələrini, ictimaiyyət nümayəndələrini və siyasətçilərini təklifə dəstək göstərməyə çağırıb.

Gürel qeyd edib ki, təklif həyata keçirilsə, bu, Azərbaycan-Türkiyə qardaşlığının rəmzi ifadələrindən birinə çevrilə bilər.