QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin beşinci turunda keçiriləcək bəzi qarşılaşmaları Azərbaycan və Türkiyə telekanallarında canlı izləmək mümkün olacaq.

Azərbaycan telekanallarının yayım cədvəlinə əsasən, saat 21:45-də İctimai TV “Sabah” – “Barselona” matçını göstərəcək. Eyni kanalda gecə saat 00:00-da “Sportinq” – “Mançester Yunayted” qarşılaşması yayımlanacaq.

CBC Sport-da saat 21:45-də “Slaviya” – “Vilyarreal”, saat 00:00-da isə “Şaxtyor” – “Fənərbağça” oyunu təqdim ediləcək.

Türkiyə üzrə yayımçı TRT-1-dir.