QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, noyabrın 2-də Bakıda keçirilən “Sabah” və “Barselona” komandalarının Çempionlar Liqası qarşılaşması zamanı rusiyalı azarkeş həyatını itirib.
Hadisə saat 21:45-də başlayan oyunun ikinci hissəsində baş verib. İlkin məlumata əsasən, ölümə ürək çatışmazlığı səbəb olub. Faktla bağlı araşdırma aparılır.
Vəfat edən Anton Petrişşev Krasnoyarsk diyarından olub. Onun 39 yaşı iki gün əvvəl tamamlanıb. Petrişşev Bakıya 11 yaşlı oğlu ilə birlikdə gəlib. Son bir neçə il ərzində Moskvada yaşayan Petrişşev dizayn və tikinti şirkətinin baş direktoru vəzifəsində çalışıb. O, Rusiya Premyer Liqasında çıxış edən Moskva “Lokomotiv”inin azarkeşi olub. Onun həyat yoldaşı və iki azyaşlı övladı qalıb.
Qarşılaşma Bakı Olimpiya Stadionunda keçirilib. “Barselona” oyunu 4:1 hesabı ilə qazanıb.