QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Çempionlar Liqasının Liqa mərhələsində “Sabah” və “Barselona” arasında keçirilən qarşılaşmaya 66 min 321 azarkeş baxıb.
69 min 870 yerlik Bakı Olimpiya Stadionunun tribunaları dolmayıb. Arenada ən çox tamaşaçının qeydə alındığı oyun isə 2017-ci il sentyabrın 27-də baş tutub. Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”la “Roma”nın görüşünü 67 min 200 nəfər izləyib. Həmin matçda Ağdam təmsilçisi 1:2 hesabı ilə məğlub olub.
“Sabah” – “Barselona” qarşılaşması 1:4 hesabı ilə başa çatıb.