QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, Bakının Yasamal rayonunda yerləşən yaşayış binasında azyaşlı uşaq mənzildə bağlı qapı arxasında köməksiz qalıb.
Hadisə M.Xiyabani küçəsində baş verib. Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə daxil olan məlumatdan sonra əraziyə Bakı Regional Mərkəzinin xilasediciləri göndərilib.
FHN-in məlumatına görə, xilasedicilər alpinist avadanlıqlarından istifadə edərək doqquzmərtəbəli binanın səkkizinci mərtəbəsindəki mənzilə eyvandan keçiblər. 2019-cu il təvəllüdlü uşaq xilas edilərək valideynlərinə təhvil verilib.