QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Misli Premyer Liqasının XI turunda günün ikinci qarşılaşması “Sabah” və “İmişli” komandaları arasında keçirilib.
“Sabah Arena”da baş tutan matç 2:2 hesabı ilə yekunlaşıb. Ev sahibi komandanın heyətində Karlos Eduardo 17-ci, Coy Lens-Mikels isə 49-cu dəqiqədə fərqlənib. “İmişli”nin qollarını Oruc Məmmədov 27-ci dəqiqədə vurub, Rəhman Daşdəmirov isə 62-ci dəqiqədə avtoqol müəllifi olub.
Ehtiyatında bir oyunu qalan “Sabah” 21 xalla ikinci yerdədir. “Şamaxı” 14 xalla turnir cədvəlinin yeddinci pilləsində qərarlaşıb.
XI turun əvvəlki görüşlərində “Turan Tovuz” “Qarabağ”a, “Neftçi” isə “Kəpəz”ə 1:0 hesabı ilə qalib gəlib. “Zirə” “Qəbələ”ni 2:1 məğlub edib. “Şəfa” – “Araz-Naxçıvan” matçı 2:2, “İmişli” – “Sumqayıt” qarşılaşması isə 0:0 hesabı ilə başa çatıb.