QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, “Sabah”ın 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında növbəti görüşünü keçirib.
Baş məşqçi Adino Mustedanaqiçin rəhbərlik etdiyi kollektiv Bakıda İspaniyanın “Barselona” klubunun müvafiq yaş qrupundakı komandası ilə qarşılaşıb. “Bank Respublika Arena”da baş tutan oyunda qonaqlar 7:0 hesabı ilə qalib gəlib.
Beləliklə, əvvəlki dörd qarşılaşmanın hamısında uduzan “Sabah”ın U-19 komandası turnir cədvəlinin 36-cı, sonuncu pilləsindədir.