QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Şəmkirdə baş verən yol qəzasında həyatını itirən və xəsarət alan şəxslərin kimliyi bəlli olub.
Avtomobildə sərnişin olan 18 yaşlı T.Orucov hadisə yerində həyatını itirib. Sürücü, 20 yaşlı V.Əmrahov və 24 yaşlı C.Rüstəmov isə xəsarət alıblar.
Hərəkətdə olan VAZ-2106 markalı minik avtomobili idarəetməni itirərək ağaca çırpılıb.