QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndəsi general Hüseyn Mohebi ölkəsinin raket imkanlarının ABŞ-ın imkanlarından üstün olduğunu bəyan edib.

Mohebinin sözlərinə görə, SEPAH-da raketlərin istehsalı fasiləsiz davam edib. O bildirib ki, raket, hücum silahları və hava hücumundan müdafiə sistemləri baxımından İran ABŞ-la müqayisədə daha əlverişli vəziyyətdədir. General ABŞ-ın strateji silah çatışmazlığı ilə üzləşdiyini iddia edib.

SEPAH nümayəndəsi Tehranın indiyədək silah qıtlığı yaşamadığını və gələcəkdə də belə bir problemlə qarşılaşmayacağını söyləyib. O, İran raketlərinin imkanlarının, dəqiqliyinin və dağıdıcı gücünün hər gün artırıldığını vurğulayıb.