QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Hind okeanında Somalili dəniz quldurları İranın Azini adlı balıqçı gəmisini ələ keçiriblər. Gəmidə 23 nəfər olub. Məlumata görə, hücum Somalinin şimal-şərq sahilləri arasında Bandar-Beyla və Hafun şəhərləri arasındakı bölgədə baş verib. Puntlend muxtar bölgəsinin dəniz polisindəki mənbəyə görə, gəminin göyərtəsində 21 İran vətəndaşı və iki somalili mühafizəçi olub. Hücumda ümumilikdə 12 quldurun iştirak etdiyi bildirilib. Əməkdaşlarımız vəziyyətlə bağlı əlavə məlumata ehtiyac duyur. Qeyd edilib ki, ələ keçirilən gəmi ticarət gəmilərinə hücumlar üçün üzən baza kimi istifadə oluna bilər. Avropa İttifaqının Atalanta əməliyyatı araşdırmaya başlayıb və bölgədə hərəkət edən gəmiləri ehtiyatlı olmaları və şübhəli fəaliyyətlər barədə məlumat vermələri ilə bağlı çağırış yayıb. Hadisədən əvvəl Qətər sahillərində və Fars körfəzində bir tankerin atəşə tutulması barədə xəbərlər də xatırlanıb.