QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Abşeron rayonunda avtomobildən ehtiyat hissələrinin oğurlanması ilə bağlı hadisə qeydə alınıb.
Zərərçəkən bildirib ki, “Toyota” markalı maşınını icarəyə verib. Avtomobil geri qaytarıldıqda isə 2 000 manat dəyərində ehtiyat hissələrinin söküldüyü və aparıldığı məlum olub.
Polis əməkdaşlarının tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən E.Əhmədov müəyyən edilərək saxlanılıb. Məlumata görə, o, oğurladığı hissələri satıb.
Hadisə ilə bağlı araşdırma davam edir.