QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Qusarda aqrar sektorda həyata keçirilən 68 layihə üzrə 78 milyon 370 min manat investisiya qoyuluşu planlaşdırılır.

Bu barədə Qusar Rayon İcra Hakimiyyətində 2026–2030-cu illər üçün kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalının inkişafına dair Dövlət Proqramının rayon üzrə icrasına həsr olunmuş toplantıda məlumat verilib.

İclasda Tədbirlər Planındakı layihələrin gedişi, aqrar istehsalın artırılması, fermerlərə və sahibkarlara dəstək məsələləri müzakirə olunub. İştirakçılar problemlərin aidiyyəti qurumlarla birgə həlli və investisiya imkanlarından səmərəli yararlanmaq barədə fikir mübadiləsi apararaq təkliflərini səsləndiriblər.

Toplantıdan sonra Dövlət Proqramı çərçivəsində görülən işlərlə tanış olmaq üçün bir neçə təsərrüfata baş çəkilib. Bağçılıq, meyvəçilik, heyvandarlıq və soyuducu anbar komplekslərinin inşası üzrə işlərin vəziyyəti yerində qiymətləndirilib.