QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Joze Mourinyo mətbuat konfransında Luis Enrikenin bir neçə il əvvəl səsləndirdiyi fikirlə bağlı suala cavab verib.

Enrikenin daha az mətbuat konfransı keçirmək üçün maaşının 20 faizini azaltmağa razı ola biləcəyi xatırladıldıqda, Mourinyo buna qəti, amma yumorlu reaksiya göstərib.

O, həmkarının mövqeyini anladığını, lakin özü üçün belə bir variantı qəbul etməyəcəyini bildirib: “Yox, yox. Luisin dediklərini qəbul edirəm, amma mən belə etmərəm. Heç bir halda! Eyni sayda mətbuat konfransı, eyni maaş!”

Mourinyonun cavabı jurnalistlər arasında gülüş və maraq doğurub.