QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, İordaniya hakimiyyəti uşaqları və gəncləri qorumaq üçün GTA VI videooyununun ölkədə qadağan edilməsinə qərar verib.
Qadağa barədə məlumatı İordaniyanın Telekommunikasiya Tənzimləyici Komissiyası yayıb.
Komissiyanın bildirdiyinə görə, oyun “Yalnız böyüklər üçün” kateqoriyasına aid olsa da, texniki məhdudiyyətlərin yetərli olmaması uşaqların və yeniyetmələrin onu asanlıqla yükləməsinə imkan verir.