QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbdə bir sinifdə 52 şagirdin təhsil aldığı bildirilir.

Valideyn Arifə Mikayılova sosial şəbəkədə paylaşım edərək qızının 38 nəfərin oxuduğu 5-ci sinfə keçdiyini yazıb. Onun sözlərinə görə, sonradan başqa siniflərdən uşaqların həmin sinfə keçirilməsi ilə şagirdlərin sayı 52-yə yüksəlib. Valideyn bu vəziyyətin sinifdə sıxlıq yaratdığını və uşaqların normal təhsil almasına əngəl olduğunu qeyd edib.

Mikayılovanın iddiasına əsasən, son olaraq sinfə əlavə edilən dörd şagird elektron sistemdə və sinif jurnalında hələ də başqa sinifdə göstərilir. Valideynlər yeni paralel sinif açılması üçün məktəb rəhbərliyinə müraciət etsələr də, müraciətlərindən nəticə əldə olunmadığını bildiriblər.

Məsələ ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsinə sorğu göndərilib.