QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, noyabrın 8-də Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan üçün rəsmi qarşılama mərasimi təşkil olunub.
Azərbaycan və Türkiyə bayraqlarının qaldırıldığı meydanda ali qonağı qarşılamaq üçün fəxri qarovul dəstəsi sıraya düzülüb. Azərbaycan Prezidenti İlham Əliyev Ərdoğanı qarşılayıb, qarovul dəstəsinin rəisi isə Türkiyə Prezidentinə raport verib.
Mərasimdə hər iki ölkənin dövlət himnləri səsləndirilib. Ardınca fəxri qarovul hərbi marşın müşayiəti ilə dövlət başçılarının önündən keçib.
Daha sonra Azərbaycan nümayəndə heyətinin üzvləri Rəcəb Tayyib Ərdoğana, Türkiyə nümayəndə heyətinin üzvləri isə İlham Əliyevə təqdim edilib. Prezidentlər rəsmi foto çəkdiriblər.