QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Tovuz rayonunun Heydər Əliyev prospektində iki minik avtomobili toqquşub.

Hadisə zamanı hərəkətdə olan “Mazda” və VAZ-2107 markalı avtomobillər toqquşub. Zərbədən sonra “Mazda”nın sürücüsü idarəetməni itirib və maşın yol kənarındakı divara dəyib.

Qəza nəticəsində xəsarət alan olmayıb, hər iki nəqliyyat vasitəsinə ciddi maddi ziyan dəyib.

Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.