QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili ABŞ siyasi sistemində böhran yaşandığını bildirib və qızı Alisanın gələcəkdə ölkə prezidenti ola biləcəyini istisna etməyib.
Saakaşvili “Facebook” səhifəsində geniş paylaşım edərək, amerikalı siyasətçilərin şəxsi qazancı və partiya maraqlarını azadlıqla demokratiya prinsiplərindən üstün tutduğunu qeyd edib. Onun qənaətincə, ABŞ dünyada demokratik dəyərləri qorumaq rolundan tədricən uzaqlaşır, Gürcüstan kimi kiçik ölkələrə marağını azaldır.
Gürcüstanın üçüncü prezidenti siyasət və ədalət mövzularına maraq göstərən, ABŞ vətəndaşı olan qızı Alisa ilə bağlı ümidlərini də dilə gətirib.
“Onu senator olmağa hazırlayıram, kim bilir, bəlkə prezidentliyə də. ‘Alice Saakashvili For President!’” – deyə Saakaşvili yazıb.