QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp UFC rəhbəri Dana Uayta Həbib Nurməhəmmədov və İslam Mahaçevin də daxil olduğu döyüşçülər qrupunu Ağ Evin müdafiəsinə cəlb etməyi təklif edib.
Tramp bu barədə sosial media hesabında paylaşım edib. O, Dana Uayta mətbuat katibi vəzifəsini təklif etdiyini, həmçinin özünə döyüşçülərdən ibarət bir qrup gətirməsini istədiyini bildirib.
ABŞ prezidentinin sözlərinə görə, həmin idmançılar ölkəni “solçu radikallardan” qorumaq üçün lazım ola bilər. Təklifin nə qədər ciddi olduğu və həyata keçirilib-keçirilməyəcəyi barədə hələlik məlumat yoxdur.