QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Azərbaycan idmançısı Nihad Süleymanlı Seneqalın paytaxtı Dakarda təşkil olunan Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında çimərlik güləşi üzrə gümüş medal qazanıb.
80 kiloqram çəki dərəcəsində çıxış edən Süleymanlı finalda Marquette Diopa məğlub olub. O, A qrupunda əvvəlcə Əlcəzair təmsilçisi Kəbir Kraledə, sonra isə hindistanlı Depanşu Kokara qalib gəlib. Qrupdakı son görüşdə mərakeşli Abdelcalil Benelyasseri məğlub edən idmançı yarımfinala adlayıb.
Yarımfinalda yunanıstanlı Konstantinos Mourtzilakislə qarşılaşan Süleymanlı rəqibini üstələyərək finala yüksəlib.
55 kiloqram çəki dərəcəsində yarışan Günel Kərimli qrup mərhələsində latviyalı Anastasiya Yakovlevaya, qvineyalı Mariama Fula Kabaya və mərakeşli Rana Lahssiniyə qalib gəlib. Yarımfinala çıxan Kərimli final uğrunda görüşdə seneqallı Elizabet Diattaya uduzub. Bürünc medal uğrunda qarşılaşmada da məğlub olan idmançı yarışı beşinci yerdə tamamlayıb.
Qeyd edək ki, Oyunların ilk günündə cüdoçu İbrahim Talıbov 55 kiloqram çəki dərəcəsində Azərbaycan yığmasına “Dakar-2026”nın ilk qızıl medalını qazandırmışdı.