QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Qoşa Qala meydanında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfərin Səsi” adlı konsert proqramı baş tutub. Tədbiri “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi təşkil edib.

Konsertdə tanınmış sənətçilər və musiqi kollektivləri çıxış ediblər. Proqramda Cahangir Cahangirov adına Xor kollektivi, Yusif Cəfərbəyli, Ərəstun Quliyev, Telman Budaqov, Nurlana Abdullayeva, Dəniz Məmmədli, Şölə Səfərəliyeva, Abgül Mirzəliyev və Fəxri İsmayılov iştirak ediblər. Rəqs qrupu və “The Passion” simli kvarteti də tamaşaçılar qarşısında çıxış edib.

Tədbirə şəhər sakinləri ilə yanaşı, Bakının qonaqları da qatılıb. Konsertdə Zəfər Gününün yaratdığı milli qürur və sevinc hissləri nümayiş olunub.