QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Türkiyənin Van vilayətinin Özalp rayonunda TIR-la sərnişin mikroavtobusunun toqquşması 9 nəfərin ölümü, 5 nəfərin yaralanması ilə nəticələnib.
Qəza noyabrın 7-də Özalp-Saray yolunun Çalımlı məhəlləsi yaxınlığında qeydə alınıb. Hadisə yerinə polis, jandarma, AFAD, təcili tibbi yardım və yanğınsöndürənlər göndərilib.
Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra onlar xəstəxanaya aparılıblar. Qəza səbəbindən müəyyən müddətə bağlanan yolda hərəkət nəzarət altında yenidən açılıb.
Van valisi Ozan Balcı bildirib ki, yağışın yaratdığı sürüşkən yol qəzanın baş verməsinə səbəb olub. Ölənlərin kimliyinin müəyyənləşdirilməsi istiqamətində işlər davam edir.