QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp UFC-nin prezidenti Dana Uayta Ağ Evin mətbuat katibi vəzifəsini təklif etdiyini bildirib.

Tramp bu barədə “Truth” hesabında paylaşım edib. O, Dana Uaytı “böyük döyüşçü və mübariz insan” adlandıraraq, ona ABŞ prezidentinin mətbuat katibi vəzifəsinin təklif edildiyini yazıb.